• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İntihar edən tələbə bu universitetdə oxuyurmuş - FOTO

HADİSƏ

15 Mart 2023 | 17:41

İntihar edən tələbə bu universitetdə oxuyurmuş - FOTO

Bakıda intihar edən tələbə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alırmış.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, ADPU-nun İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.

 

12:56

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb. 

Bakıvaxtı.az xəbər verir ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü 4-cü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.

G. Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir. /Qafqazinfo


İntihar edən tələbə bu universitetdə oxuyurmuş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR