• Bakı C

    10.24 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir

HADİSƏ

22 Fevral 2026 | 23:17

Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir

Lənkəran və Masallıda canavarların kəndlərə hücumu bölgədə ciddi narahatlıq yaradıb.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bir neçə gündür ki, canavarlar kəndləri qorxu içində saxlayır.

Onlar əsasən, Lənkəran rayonunun Zövlə kəndində, eləcə də Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində mal-qaraya və atlara hücum edib.

Heyvanların ölməsi ilə vətəndaşlara ciddi maddi ziyan dəyib.

Kənd sakinləri məcbur qalaraq əllərinə müxtəlif təsərrüfat alətləri alıb canavarları yaşayış məntəqələrindən uzaqlaşdırmağa çalışırlar. Onlar artıq övladlarını məktəbə göndərməyə ehtiyat edirlər.

Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılması üçün təcili tədbirlər gözləyirlər./Qafqazinfo


SON XƏBƏRLƏR

22 Fevral 2026