• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

İDMAN

21 Iyun 2026 | 12:47

Bu matçda mütləq qələbə qazanmalıydıq - Ronald Kuman

Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İsveç yığmasını 5:1 hesabı ilə məğlub edən Niderland millisinin baş məşqçisi Ronald Kuman qələbəni dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, təcrübəli çalıçdlrıcı oyindan sonra keçirilən mətbuat konfransında belə danışıb:

"İsveç yığması ilə oyunun vacib olduğunu bilirdim. Oyunçularımız üzərlərində təzyiq hiss etmədiklərini meydanda isbatladılar. Bu matçda mütləq qələbə qazanmalıydıq. Artıq növbəti matça köklənəcəyik".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026