• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi

DÜNYA

08 Sentyabr 2022 | 11:17

Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi

“G20”nin ("Böyük iyirmilik") Zirvə toplantısına ev sahibliyi edəcək ölkə olaraq biz bütün iştirakçıların təhlükəsizliyinə təminat veririk”.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Vladivostokda Şərqi İqtisadi Forumunun toplantısı çərçivəsində jurnalistlərə bildirib.

“İndoneziya bir çox beynəlxalq görüşlərə - ASEAN, Şərqi-Asiya sammiti və başqalarına ev sahibliyi edib. Əlbəttə, İndoneziya bütün iştirakçıların, ilk növbədə tədbirlərə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə təminat verir”, - səfir vurğulayıb.

Qeyd edək ki, bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında “G20”nin sammiti keçiriləcək. Bir müddət əvvəl Kreml Rusiya Prezidenti Vladimir Putinin zirvə toplantısına qatılması üçün təhlükəsizliyinə təminat istəmişdi. İndoneziya Prezidenti Coko Vidodo isə rusiyalı həmkarının toplantıda iştirak edəcəyini bildirmişdi.

Xatırladaq ki, Sammitin ev sahibi Ukrayna Prezidenti Volodimir Zelenskini də yığıncağa dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026