• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Krım körpüsündəki partlayışla bağlı cinayət işi AÇILDI

DÜNYA

08 Oktyabr 2022 | 11:14

Krım körpüsündəki partlayışla bağlı cinayət işi AÇILDI

Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu bərədə İstintaq Komitəsinin Telegram kanalı xəbər yayıb.

"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Krım körpüsündə baş vermiş insidentlə bağlı cinayət işi açıb. İlkin məlumata görə, bu gün səhər saatlarında Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb. Taman yarımadasında Krım yarımadası istiqamətində hərəkət edən dəmir yolu qatarının yeddi yanacaq çəninin alışması nəticəsində iki avtomobil körpüsünün arakəsmələri qismən dağılıb”, - deyə məlumatda qeyd olunub.

Həmçinin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə Rusiya Federasiyası İstintaq Komitəsinin Dövlət Kriminalistika İdarəsinin kriminal ekspertləri hadisə yerinə yola düşüb.

Hadisənin baş vermə şəraiti və cinayətdə iştirak edən şəxslər müəyyənləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026