• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Venesiyanın məşhur meydanı su altında qaldı

DÜNYA

06 Noyabr 2022 | 23:23 | Müəllif: Qalib İbrahimoğlu

Venesiyanın məşhur meydanı su altında qaldı

İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanı su altında qalıb.

Bakıvaxtı.az azərtac-a istinadən xəbər verir ki, buna səbəb aramsız yağan yağışlar olub. Meydandakı bəzi restoranları və mağazaları su basıb. Bölgədə aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Venesiyada daşqınlar adətən payız və qış aylarında qeydə alınır.

2019-cu ilin noyabrında intensiv yağışlar nəticəsində baş verən güclü daşqınlar şəhəri iflic etmiş, tarixi abidələr su altında qalmış və yüz milyonlarla avro ziyana səbəb olmuşdu.


Venesiyanın məşhur meydanı su altında qaldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026