• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ərdoğan: “Ailəyə qarşı təhdidlərin qarşısına sədd çəkəcəyik”

DÜNYA

07 Noyabr 2022 | 09:35 | Müəllif: Subhan Mahmudov

Ərdoğan: “Ailəyə qarşı təhdidlərin qarşısına sədd çəkəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə keçirilən “Qadınlarla Böyük Türkiyə Yolunda” proqramında çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət başçısı ailə və qadınlarla bağlı dövlət siyasətinə dair mühüm açıqlamalar verib.

“Biz qadınları həyatın bütün sahələrində dəstəkləməklə yanaşı, ailəni ən güclü şəkildə davam etdirəcək və inkişaf etdirəcək bir siyasət yürütməkdə qərarlıyıq.

Təklif etməyə hazırlaşdığımız son konstitusiya dəyişikliyi ilə ailə institutumuza və insan təbiətinə qarşı təhdidlərin qarşısına daha bir sədd qoymuş olacağıq. Güclü ailə güclü millətləri yetişdirir. Konstitusiya dəyişikliyi ilə ailəyə zəmanət veriləcək”, - deyə Ərdoğan bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR