• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Saakaşvili azad oluna bilər

DÜNYA

07 Dekabr 2022 | 00:16 | Müəllif: Subhan Mahmudov

Saakaşvili azad oluna bilər

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası cümə günü, dekabrın 9-da baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib.

O bildirib ki, iclas saat 13:00-da Tiflis Şəhər Məhkəməsində keçiriləcək.

Qeyd edib ki, hakim Georgi Arevadze vəkillərin Mixail Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.

Məlumat üçün bildirək ki, 1 dekabr tarixində Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəzadan azad olunması üçün məhkəməyə müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026