• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada güclü yanğın: 17 nəfər yaralandı

DÜNYA

05 Yanvar 2023 | 19:05 | Müəllif: Subhan Mahmudov

Rusiyada güclü yanğın: 17 nəfər yaralandı

Rusiyanın Federasiyanın Çuvaşıstan Respublikasının Çeboksarı şəhərində çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın ikinci mərtəbədə yerləşən mənzildə baş verib. Yanğının sahəsi 30 kv.m ərazini əhatə edib. FHN əməkdaşları 26 nəfəri təxliyə etməyi bacarıb.

Xəsarət alanlar arasında azyaşlıların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026