• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Daha bir ölkə Ukraynaya “Leopard” tankları verəcək

DÜNYA

04 Fevral 2023 | 18:11

Daha bir ölkə Ukraynaya “Leopard” tankları verəcək

Portuqaliya Baş naziri Antonio Kosta Ukrayna Silahlı Qüvvələrini “Leopard-2” tankları ilə təmin edəcəyinə söz verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir Mərkəzi Afrika Respublikasına səfəri zamanı bildirib.

O qeyd edib ki, Lissabon Ukrayna qoşunlarına zirehli texnika göndərilməsi imkanlarını nəzərdən keçirir. Lakin göndəriləcək tankların dəqiq sayını açıqlamayıb.

“Hazırda bəzi tanklarımızı göndərmək üzərində işləyirik. Mən bilirəm nə qədər tank göndəriləcək, lakin bununla bağlı müvafiq zamanda açıqlama veriləcək”, - deyə Kosta qeyd edib.

Portuqaliya baş naziri həmçinin bildirib ki, ölkə bəzi “Leopard”ların təmir hissələrinin alınması üçün Almaniya ilə əməkdaşlıq edir. Tankların martın sonuna kimi Kiyevə göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, daha öncə Norveç də Ukraynaya  “Leopard” tanklarını verəcəyi barədə məlumat yaymışdı. 


SON XƏBƏRLƏR

26 Aprel 2024