• Bakı 17° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Sputnik"in baş redaktoru həbs edildi

DÜNYA

05 Yanvar 2023 | 20:26 | Müəllif: Subhan Mahmudov

"Sputnik"in baş redaktoru həbs edildi

Latviya xüsusi xidmət orqanları "Sputnik Litva" agentliyinin baş redaktoru Marat Kasemi saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə agentliyin "Telegram" kanalında məlumat yayılıb.

O, Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda şübhəli bilinir.

“Yanvarın 5-də məhkəmə iclası keçirilib, orada həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kaseminin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Bu gün jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb”, - məlumatda deyilir .

Bildirilr ki, sanksiyaların pozulması ilə bağlı maddə beş ilədək, casusluğa görə isə 20 ilədək həbs cəzasını nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026