• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Kral yumurta hücumuna məruz qaldı

DÜNYA

07 Dekabr 2022 | 09:35

Kral yumurta hücumuna məruz qaldı

Böyük Britaniya kralı III Çarlz yenidən yumurta hücumuna məruz qalıb.

Bakıvaxtı.az “Sky News”a istinadən xəbər verir ki, hadisə Bedfordşir qraflığında Luton şəhərində baş verib. 

Məlumata görə, kral şəhərin mərkəzində gəzərək sakinlərlə söhbət apardıqda bir nəfər ona yumurta atıb. İnsidentin ardınca təhlükəsizlik xidmətinin əməkdaşları kralı kütlədən kənara çəkiblər. 

Polis 74 yaşlı Çarlza yumurta atan şəxsi saxlayıb. İlkin məlumata görə, həmin şəxs 20 yaşlı bir gəncdir. 

Xatırladaq ki, oxşar hadisə noyabrın 9-u da baş verib. Bu zaman York şəhərində naməlum bir şəxs kral və onun xanımı Kamillanın üzərinə yumurta atmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026