• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın 74 regionunda donuz qripi AŞKARLANDI

DÜNYA

07 Dekabr 2022 | 00:34 | Müəllif: Subhan Mahmudov

Rusiyanın 74 regionunda donuz qripi AŞKARLANDI

Rusiyada donuz qripinə yoluxma halları artır.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin 74 regionunda donuz qripi aşkarlanıb

Məlumata əsasən, ölkədə kəskin respirator virus infeksiyası və qripə yoluxma son bir həftə ərzində 23 faiz artıb.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb. Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır.

Qeyd olunub ki, Yeni il bayramlarından sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026