• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“Krım körpüsü hələ başlanğıcdır"

DÜNYA

08 Oktyabr 2022 | 10:43

“Krım körpüsü hələ başlanğıcdır"

“Krım körpüsü hələ başlanğıcdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, qanunsuz olan bütün obyeklər məhv edilməlidir: “Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026