İsrail qüvvələri İordan çayının qərb sahilində biri uşaq olmaqla 2 fələstinlini öldürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, Ramallahın şimalında yerləşən əl-Mezraat əl-Qərbiyye kəndində fanatik yəhudi köçkünlərlə fələstinli sakinlər arasında zorakılıq baş verib.
İsrail qüvvələrinin açdığı atəş nəticəsində Mehdi Ledadive adlı fələstinli gəncin öldüyü bildirilib.
Digər tərəfdən Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 14 yaşlı Adil İbrahim Davudun İsrail əsgərləri tərəfindən Ayrılıq Divarı yaxınlığında açılan atəş nəticəsində yaralandığı qeyd edilib.
Başından güllə yarası alan fələstinli uşağın aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Nuranə Daxilqızı
















