İtaliya Ukraynaya əlavə 200 milyon avro yardım göndərəcək.
Bakıvaxtı.az-ın TASS-a istinadla məlumatına görə, bunu İtaliyanın maliyyə naziri Daniele Franko açıqlayıb.
Beynəlxalq Valyuta Fondunun iclaslarında və müxtəlif forumlarda Ukrayna böhranının iqtisadi nəticələrindən tutmuş inflyasiyaya qədər, hazırda son dərəcə aktual olan məsələlərə toxunulduğunu deyən Franko bildirib ki, ortaya çıxacaq başqa bir məsələ bərpadır.
Qeyd edək ki, bundan əvvəl İtaliya Kiyevə yardım kimi 110 milyon avro, daha sonra isə beynəlxalq təşkilatlara ukraynalılara kömək üçün daha 25 milyon avro ayırıb.
Ramid Ubrahimov
















