• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Bu ölkədə onlayn fırıldaqçılıq halları artır

DÜNYA

04 Yanvar 2025 | 15:58

Bu ölkədə onlayn fırıldaqçılıq halları artır

İtaliyada 2024-cü ildə onlayn fırıldaqçılıq hallarının sayı və oğurlanmış vəsaitlərin dəyəri kəskin artıb.

Bakıvaxtı.az Azərtaca-a istnadla xəbər verir ki, il ərzində ümumilikdə 18 min 714 onlayn fırıldaqçılıq hadisəsi araşdırılıb. Bu da 2023-cü ildəki 16 min 325 araşdırma ilə müqayisədə 15 faiz artım deməkdir. Aparılan araşdırmalara görə, onlayn fırıldaqçılıq halları nəticəsində oğurlanmış vəsaitlərin dəyəri 32 faiz artaraq 137 milyon avrodan 181 milyon avroya çatıb.

Kiberterrorizm və onlayn təxribat fəaliyyətləri ilə mübarizə nəticəsində bloklanmış veb məzmunların sayı isə əvvəlki illə müqayisədə 11 faiz azalaraq 2364-ə bərabər olub. İl ərzində monitorinq edilən veb məzmunların sayı 63 faiz artımla 290 minə çatıb.

Bundan başqa, uşaqların cinsi istismarı və uşaq pornoqrafiyası materialı yayan internet saytlarının monitorinqi zamanı ümumilikdə 42 mindən çox veb-sayt izlənilib və onlardan 2775-si “qara siyahıya” salınıb.


SON XƏBƏRLƏR