• Bakı 27° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar

CƏMİYYƏT

27 Noyabr 2023 | 13:02 | Müəllif: Subhan Mahmudov

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər...” - Anar

Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Manset.az-a müsahibəsində deyib.

"Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam", - Anar qeyd edib.

Hazırkı sədr addımını belə izah edib: "Başladığım bəzi məsələr var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm".

Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026