• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Prezidentdən Quba rayonu ilə bağlı SƏRƏNCAM

CƏMİYYƏT

27 Dekabr 2023 | 12:39

Prezidentdən Quba rayonu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi zəruri maliyyə vəsaitini 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026