• Bakı 16° C

    2.11 m/s

Məktəblər niyə KRİMİNALLAŞIR?

CƏMİYYƏT

26 Yanvar 2024 | 12:13

Məktəblər niyə KRİMİNALLAŞIR?

Son günlər orta məktəblərdə bir-birinin ardınva xoşagəlməz hallar baş verib.

Bakıvaxtı.az xatırladır ki, yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə başqa bir yeniyetmə tərəfindən bıçaqlanıb.

Dünən 317 nömrəli məktəbdə müəllimin 1-ci sinif şagirdlərini döyməsi, təhqir etməsi ilə bağlı görüntülər yayılıb.

Eyni zamanda 188 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

Baş verən hadisələrdə günahkar kimdir: valideynlər, müəllimlər, yoxsa şagirdlər?

Elçin Süleymanov: Şagirdlər arasındakı münaqişələr məktəb-valideyn iş birliyi ilə həll olunmalıdır

Təhsil eksperti Elçin Süleymanov Bakıvaxtı.az-a danışarkən bildirib ki, həm Bakıda, həm də Gəncədəki hadisələr valideynləri narahat edir. Burada günahı məktəbdə axtarmaq düzgün deyil:

“Şagirdlərdəki aqressiyanın bir neçə səbəbi var. Birinci yerdə kompüter oyunlarına aludəçilik durur. Yeniyetmələrin oynadığı bəzi mobil oyunlar şiddət duyğularını gücləndirir”.

Onun sözlərinə görə, bir başqa məsələ sosial şəbəkələrdir:

“Tiktok və bənzər sosial şəbəkələrdə müxtəlif kriminal xarakterli hadisələr paylaşılır və kriminal şəxslər təbliğ olunur. Bütün bunların təsirinə məruz qalan şagirdlər məkətəblərdə belə xoşagəlməz hadisələr törədir”.

Ekpert vurğulayıb ki, məktəblə yanaşı valideynlər də öz övladları ilə maraqlanmalıdır:

“Onun davranışında aqressiya varsa, vaxtında tədbir görməlidir. Hansı şəraitdə, hansı dostları ilə görüşməsinə, gününü necə keçirməsinə nəzarət etməlidir. Bəzən valideynlərin ailə-məişət qayğılarına başları o qədər qarışır ki, uşaqları məktəbə göndərməklə öz missiyasının tamamlandığını düşünür. Düşünmür ki, şagird günün 6-7 saatını məkətbdə, qalanını evdə, onun yanında keçirir. Valideynlər övladlarını zərərli vərdişləri aşılayan portallardan, sosial şəbəkələrdən qorumalıdır”.

E.Süleymanov qeyd edib ki, burada məktəb psixoloqlarına da iş düşür:

“Məktəb psixoloqları aqressiyaya meyilli uşaqları müəyyənləşdirib onları nəzarətə götürməlidir. Bizdə valideynlər və məktəb belə hallarda hadisənin məktəbdən kənar və ya məktəbdə olmasını deyərək günahı bir-birinin üstünə atırlar. Psixoloqların mövqeyinə isə rast gəlmirik.

Məkanın önəmi yoxdur. Əsas məsələ şagirddəki aqressiyadır. Şagirdlərin davranışından qaynaqlanan bir problem məktəbin çölündə də davam edirsə, bu məktəbin məsuliyyətini azaltmır”.

Müsahibimizin qənaətincə, şagirdlər arasındakı münaqişələr məktəb-valideyn iş birliyi ilə həll olunmalı, şəxsiyyətin formalaşma dövründə olan şagirdlərin şəxsiyyət pozuntularını birləşərək aradan qaldırılmalıdır.

Mail Yaqub: Bəzi valideynlər övladlarının tərbiyəsinə tam laqeyd qalır, nəticə göz qabağındadır

Sosioloq Mail Yaqub isə Bakıvaxtı.az-a açıqlamsında məktəblərdə baş verən neqativ hadisələrdə valideynlərin medianın və şagirdlərin payının olduğunu deyib:

“Valideyn uşağının tərbiyəsinə laqeyd qalır, media da aqressiyanı geniş yayır. Bütün bunlar şagirdlərin tərbiyəsini pozur. Sosial hadisələri yaradan bir neçə amil birləşərək belə hadisələr yaradır”.

“Təəssüf ki, bəzi valideynlər övladlarının tərbiyəsinə tam laqeyd qalır, nəticə göz qabağındadır”, - deyə Mail Yaqub vurğulayıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026