Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il gəlir. Yeni ilin əvəzedilməzləri sırasında Şaxta baba və Qar qız ilk pillələrdə dayanır.
Məlum olduğu kimi, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün xüsusi icazə alınmalı və rüsum ödənilməlidir. Bəs, bu il Şaxta baba və Qar qız olmaq üçün neçə nəfər qeydiyyatdan keçib?
Bakıvaxtı.az-ın əməkdaşı məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departementi ilə əlaqə saxlayıb. Departamentdən bildirilib ki, Yeni il günü Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün hələ müraciət edən yoxdur:
“Bu il Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün, hələ ki, heç kim bizə müraciət etməyib. Qeydiyyata alınma qaydalarında isə hər hansı dəyişikliyin olunması nəzərdə tutulmur”.
Bir sözlə, bu il qanuni şəkildə Şaxta baba qiyafəsində “hədiyyə”lərimizi verəcək şəxs olmayacaq. Statistikalar bunu deyir…
Buradan bir sual ortaya çıxır. Yeni ilin gəlməsinə bir neçə gün qalsa da, hazırda şəhərin müxtəlif ünvanlarında Şaxta baba və Qar qızla rastlaşırıq. Bəs, onların fəaliyyətləri necə tənzimlənir? Rüsumlar ödənilmədiyi halda, necə fəaliyyət göstərirlər?
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departementindən hazırda şəhərin yalnız Fəvvarələr meydanı və Dənizkənarı bulvar ərazilərində Şaxta baba və Qar qızların mövcud olduqları bildirilib. Onların qeydiyyata alınmaları və rüsumlarının ödənilməsi məsələlərinin tənzimlənməsinin isə bu qruma aid olmadığı qeyd olunub.
Mövzu ilə bağlı Dənizkənarə Bulvar İdarəsinə müraciət etdik. Qrumun mətbuat xidmətinin rəsmisi hazırda Dənizkənarı bulvarda Şaxta baba və Qar qızların olmadığını deyib:
“Hazırda Dənizkənarı bulvar ərazisində Şaxta baba və Qar qız yoxdur”.
Xülasə, deyəsən, bu il Şaxta babamız qış yuxusundan “ayılmayacaq”…
Ziyafət Əlisoy




jpg-1706258808.webp)








jpg-1706253233.webp)


