• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ANAMA-nın minaya düşən əməkdaşının son durumu - YENİLƏNİB

CƏMİYYƏT

27 Dekabr 2023 | 12:06

ANAMA-nın minaya düşən əməkdaşının son durumu - YENİLƏNİB

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunda ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

"Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda bildirilib.

 

***

10:49

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Z.Məmmədovun vəziyyəti qənaətbəxş hesab edilir.

Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub,

Z.Məmmədov əvvəlcə Gəncə şəhər Mərkəzi Klinikasına təxliyə edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026