• Bakı 14° C

    1.25 m/s

"Bu saziş qarşılıqlı etimadı dərinləşdirəcək" - Deputat

SİYASƏT

30 Sentyabr 2026 | 13:00 | Müəllif: Günəş Mərd

"Bu saziş qarşılıqlı etimadı dərinləşdirəcək" - Deputat

“Məxfi məlumatların təhlükəsizliyi, mübadiləsi, onların qorunması və kibertəhdidlərdən müdafiəsi milli təhlükəsizliyin ön elementinə çevrilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında Azərbaycan və Slovakiya hökumətləri arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, saziş 8 iyul 2026-cı ildə Bakıda imzalanıb və tərəflər arasında mübadilə edilən və yaradılan məxfi məlumatların mühafizəsini təmin etmək məqsədi daşıyır.

Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan tərəfi üçün səlahiyyətli təhlükəsizlik orqanı Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfi üçün isə Slovakiya Respublikasının Milli Təhlükəsizlik Qurumudur.

O qeyd edib ki, məxfi məlumatların elektron üsulla ötürülməsi yalnız səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən təsdiq edilmiş prosedura uyğun olaraq kriptoqrafik vasitələrdən istifadə edilməklə həyata keçirilə bilər.

Deputat vurğulayıb ki, saziş müdafiə, təhlükəsizlik, hüquq-mühafizə və digər sahələrdə əməkdaşlıq zamanı məlumatların qorunması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, saziş Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimadın və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026