• Bakı 14° C

    2.8 m/s

Bu tarixdən "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanılacaq

CƏMİYYƏT

23 Fevral 2022 | 12:17 | Müəllif: Qalib İbrahimoğlu

Bu tarixdən "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanılacaq

"Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər. Hesab edirəm ki, proses qısa müddətdə yekunlaşacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır: "Bu günə qədər 6 qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsinə başlanılıb. Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısını verməsi gözlənilir. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026