• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu zavod CƏRİMƏLƏNƏ BİLƏR 

CƏMİYYƏT

29 Dekabr 2022 | 16:20

Bu zavod CƏRİMƏLƏNƏ BİLƏR

“Bakı Gəmiqayırma Zavodu” MMC-yə gömrük qayadaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Bakıvaxtı.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi əsasında protokol tərtib olunraq Səbail Rayon Məhkəməsinə göndərilib. 

İş hakim Günel Səmədovanın icraatına verilib.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər.

İbRa

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026