• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Marketdə işləyən qadına qarşı quldurluq etdi

CƏMİYYƏT

28 Yanvar 2023 | 12:41 | Müəllif: Subhan Mahmudov

Marketdə işləyən qadına qarşı quldurluq etdi

Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən xanıma qarşı quldurluq edilib. Naməlum şəxs marketə daxil olaraq əlində olan bıçaqla satıcının həyat və sağlamlığı üçün təhlükə yaradacağı hədəsi ilə onun çantasından 185, kassadan isə 30 manat götürərək hadisə yerindən yayınıb. 

Bakıvaxtı.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hüseyn Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR