• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Lotu Quli"nin yaxın adamları Türkiyədə saxlanıldı

CƏMİYYƏT

27 Fevral 2023 | 11:41

"Lotu Quli"nin yaxın adamları Türkiyədə saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan 4 "qanuni oğru" deportasiya həbsxanasına göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, son iki həftə ərzində Antalyada Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya), Elqudja Turkadze (Qudja) adlı "qanuni oğrular" saxlanılıb. Onlar barəsində cinayət işi başlanılıb. İstintaq davam edir. 

Qeyd edək ki, saxlanılan şəxslərin mərhum "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") yaxın adamları olduğu bildirilir. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR