• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Jurnalistlər üçün təlimə START VERİLDİ

CƏMİYYƏT

29 Mart 2023 | 10:54 | Müəllif: Qalib İbrahimoğlu

Jurnalistlər üçün təlimə START VERİLDİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 30-a yaxın jurnalist üçün “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” mövzusunda təlim keçirir.

Bakıvaxtı.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə İnsan alveri ilə mübarizədə görülən işlərə toxunaraq medianın bu sahəyə həsas yanaşmağa çağırıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyəti və bu istiqamətdə hökumətin koordinasiya işi” mövzusunda təlim iştirakçılara ölkə və beynəlxalq qanunvericilik barəsində məlumat verib, qanun pozuntuları və mediada rast gəlinən neqativ halları bildirib.

Çıxışlarla bağlı müzakirələr aparılır, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026