• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu işçilərin sertifikatlaşdırılması nəzərdə tutulur

CƏMİYYƏT

28 Aprel 2023 | 10:17

Bu işçilərin sertifikatlaşdırılması nəzərdə tutulur

Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib:

“Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026