• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

“Pirus”da narkotik vasitə aşkarlandı

CƏMİYYƏT

27 May 2023 | 23:04 | Müəllif: Subhan Mahmudov

“Pirus”da narkotik vasitə aşkarlandı

Suraxanı Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kiloqram 26 qram heroin aşkarlanıb.

Şübhəli şəxslər saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR