• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda silahlı şəxs tutuldu

CƏMİYYƏT

26 Iyun 2023 | 21:23

Sumqayıtda silahlı şəxs tutuldu

Sumqayıtda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində yerləşən taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026