• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Deputatların silahla təmini: "Özümüzdən asılıdır"

CƏMİYYƏT

29 Mart 2023 | 10:28 | Müəllif: Qalib İbrahimoğlu

Deputatların silahla təmini: "Özümüzdən asılıdır"

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Fazil Mustafaya qarşı evinin önündə terror hadisəsi törədilib. Silahlı hücum zamanı deputat çiynindən və ayağından güllə yarası alıb. Hadisə zamanı Fazil Mustafa tam müdafiəsiz halda olub.

Bu hadisə deputatların silahla təmini məsələsini bir daha gündəmə gətirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan millət vəkili Arzu Nağıyev bildirib ki, ümumiyyətlə, silah gəzdirmək müvafiq qanunlarla tənzimlənir:

“Mülki və xidməti silahların gəzdirilməsi ilə bağlı qanun var. “Deputat statusu haqqında” qanunun 12-ci maddəsinə uyğun olaraq, deputat silah gəzdirə bilər. Bu silahı gəzdirmək üçün Daxili İşlər Nazirliyinin müvafiq strukturuna müraciət olunmalıdır. Həmin müraciətə uyğun olaraq, deputat silahla və 16 ədəd nömrələnmiş patronla təmin edilir. Təbii ki, bu silah özünümüdafiə üçündür”.

A.Nağıyev qeyd edib ki, heç vaxt plenar və ya komitə iclasları keçirilən əraziyə silahla daxil olmaq olmaz:

“Hər bir deputat silah aldıqdan sonra DİN müvafiq təlimatlarına uyğun olaraq, bu prosedurdan keçməli və silahla davranış qaydalarını bilməlidir. Bu, əsas məqamlardan biridir”.

Onun sözlərinə görə, sadəcə olaraq, silahın götürülb-götürülməməsi deputatın özündən asılıdır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR