• Bakı 14° C

    2.37 m/s

CAR Azərbaycanda konsulluq açacaq

CƏMİYYƏT

23 Sentyabr 2023 | 16:54

CAR Azərbaycanda konsulluq açacaq

“Cənubi Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau  müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Səfir deyib ki, CAR-ın Bakıda konsulluq açması Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026