Bukingem Sarayı Tac Cəvahiratlarının ən əhəmiyyətli parçası olan 17-ci əsr tacı sərgidən çıxarılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu addım tacın kral Çarlza görə dəyişdirilməsi məqsədilə atılıb.
"Eduard Tacı" adlandırılan qiyməti olmayan aksessuar kral Çarlzın başına uyğunlaşdırılacaq.
Çarlz gələn il mayın 6-da keçiriləcək mərasimdə sözügedən tacdan istifadə edəcək.
Xatırladaq ki, Kraliça II Elizabet sonuncu dəfə 1953-cü ildə tacqoyma mərasimində yaqut və sapfir kimi qiymətli daşlarla bəzədilmiş qızıl tac taxmışdı. Orijinal tac 1649-cu ildə I Çarlz edam edildikdən sonra parlamentarilər tərəfindən əridilmişdi.
1661-ci ildə hazırlanmış hazırkı tac 11-ci əsrə aid olan orijinalı əvəz edib. Qiyməti olmayan tac ölçüsü dəyişdirilmək üçün gizli yerə aparılmazdan əvvəl London Qülləsində nümayiş etdirilir.
Qeyd edək ki, sözügedən tacdan yalnız taxta çıxma mərasimlərində istifadə olunur.
Aytac Aslan















