• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Yalnız kurt" adlı terrorçu İstanbulda saxlanıldı

DÜNYA

03 Yanvar 2023 | 21:11 | Müəllif: Subhan Mahmudov

"Yalnız kurt" adlı terrorçu İstanbulda saxlanıldı

İstanbul Polis İdarəsinin əməkdaşları terror aktı törətməyə hazırlaşan və bu niyyətlə də rəqəmsal vasitələrlə təbliğat işi aparan İŞİD terrorçusunu ələ keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, “tənha canavar” (yalnız kurt) kod adı ilə terror aktı planlaşdıran şəxsin yaşadığı evdə aparılan axtarış zamanı ciddi dəlillər, o cümlədən rəqəmsal vasitələrlə düzəldilən materiallar ələ keçirilib.

Bildirilib ki, ələ keçirilən sübutlar şübhəlinin ölkədə yerli və xarici turistlərin olduğu məkanlarda, turizm obyektlərində terror aktı törətmək niyyətində olduğunu aşkara çıxarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026