• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Çavuşoğlu Blinkenlə danışıqlar APARDI

DÜNYA

20 Sentyabr 2022 | 18:12 | Müəllif: Subhan Mahmudov

Çavuşoğlu Blinkenlə danışıqlar APARDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, “Lotte Palace” otelində keçirilən görüşdə regional və beynəlxalq gündəm ətrafında fikir mübadiləsi aparılıb.

E.Blinken Türkiyəni ABŞ-ın NATO-dakı müttəfiqi adlandıraraq, iki ölkənin bir çox çətin məsələləri həll etmək üçün səy göstərdiyini söyləyib.

Dövlət katibi “taxıl sazişinin” əhəmiyyətini vurğulayaraq, bu razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə rəsmi Ankaraya təşəkkürünü bildirib.

Görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib.

Türkiyə XİN rəhbəri amerikalı həmkarı ilə danışıqlardan əvvəl bildirmişdi ki, o, Entoni Blinken ilə Rusiya və Ukrayna arasında müharibəni, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi, həmçinin Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR