Britaniyanın Baş naziri Liz Trass istefa verib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Liz Truss vəzifəsindən cəmi 45 gün sonra istefa verib.
“The Guardian” Trussun Britaniya tarixində ən qısamüddətli baş nazir olacağını yazır.
O, “10 Downing Street” qarşısında açıqlama verib. O, bəyanatına bu vəzifəyə "böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə" gəldiyini söyləməklə başlayıb. Onun sözlərinə görə, Britaniya aşağı iqtisadi artıma görə çox uzun müddət geridə qalıb.
"Etiraf edirəm ki, vəziyyəti nəzərə alaraq, Mühafizəkarlar Partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilmərəm", -deyə Liz Truss bəyan edib.
Ramid İbrahimov















