Noyabrın 16-da Təbrizdə tibb fakültəsinin tələbəsi Aylar Hagi öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri onu gizləndiyi binadan itələyərək öldürüb.
Qeyd olunub ki, İran İslam rejimi öz mülki vətəndaşlarını, xüsusən də, gənc qadınları vəhşicəsinə qətlə yetirir.



















