Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra ölkədə bir çox muzey talan edilib. Mütəxəssislər bu müddətdə Hun İmperatoru Atillanın dövründən qalan dünyanın ən qiymətli əsərlərindən biri olan tacın yoxa çıxdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər Melitopoldakı muzeydən qaçaqmalçılıq yolu ilə gətirilən və rus əsgərləri tərəfindən talan edilmiş skif qızılının, eləcə də qiymətli daşlarla bəzədilmiş 1500 illik qızıl tacın yerinin məlum olmadığını bildiriblər.
Kiyev Milli Arxeologiya İnstitutunun əməkdaşı Serhii Telizhenko işğaldan sonra belə böyük itki ilə üzləşəcəklərini ağlına belə gətirmədiyini söyləyib.
Ukraynanın şərqində Rusiya işğalının sürətinin bir çox muzeyin evakuasiya planlarını həyata keçirməyə vaxt tapmamasına səbəb olduğunu bildirən Telizhenko Donetsk vilayətindəki Lyman və Luqanskdakı Rubijnedəki tarix-diyarşünaslıq muzeylərinin dağıdıldığını və kolleksiyaların aqibətininin məlum olmadığını açıqlayıb.
Rusiya mətbuatından əldə edilən kəşfiyyat məlumatında bir çox muzeyə aid kolleksiyaların Krıma aparıldıqdan sonra Rusiyanın daxili bölgələrinə köçürüldüyü bildirilir.
Odessanın Arxeologiya Muzeyi və ölkənin ən əhəmiyyətli İskit qızıl kolleksiyasını saxlayan Melitopoldakı muzey öz əsərlərini təhlükəsiz yerə daşıyan muzeylər sırasındadır. Xarkov Arxeologiya Muzeyinin direktoru İrina Şramko və onun həmkarları deyirlər ki, onlar gecələrini İskit və tunc dövrü xəzinələri yaxınlığında keşik çəkərək keçiriblər.
Aytac Aslan















