• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin bu qadağanı ləğv etdi

DÜNYA

19 Dekabr 2022 | 13:46

Putin bu qadağanı ləğv etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya istehsalı olan ərzaq məhsulları və gübrələrin ixracı ilə bağlı əməliyyatlarda dost olmayan ölkələrin sığortaçılarına qoyulan qadağanı ləğv edən qanun imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu təsdiq edən sənəd Rusiyanın hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.

Qanunun qəbul olunması həmçinin, Rusiya ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxıl müqaviləsi çərçivəsində sığortanı təmin etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu ilin iyul ayında Türkiyənin İstanbul şəhərində Ukraynadan ərzaq məhsullarının ixracına dair sazişlər, habelə Rusiya ilə BMT arasında memorandum imzalanıb. Bu memorandum BMT tərəfindən Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması öhdəliyini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR