• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daxili işlər naziri qəzada həlak oldu

DÜNYA

18 Yanvar 2023 | 12:17

Daxili işlər naziri qəzada həlak oldu

Xəbər verdiyimiz kimi,bu gün səhər saatlarında Ukraynanın Brovarıda şəhərində helikopter qəzası baş verib.

Bakıvaxtı.az-ın UNİAN-a istinadən məlumatına görə, qəza nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub.

"Bu gün səhər Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: nazir, nazirin birinci müavini və dövlət katibi", - deyə Milli Polisin rəhbəri İqor Klimenko vurğulayıb..

Onun sözlərinə görə, hadisə nəticəsində 2-si uşaq olmaqla 16 nəfərin öldüyü məlumdur. O, ölənlərdən 9-nun helikopterdə olduğunu bildirib.

"22 zərərçəkən isə xəstəxanadadır, onlardan 10-u uşaqdır. Bütün müvafiq və ixtisaslaşmış xidmətlər yerində işləyir. Hadisə yerinə baxış keçirilir", - deyə polis rəisi əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026