Türkiyədə baş verən dağıntılar altından çıxarılan 10 günlük körpənin adını "Ahbap" dərnəyinin sədri, məşhur müğənni Haluk Levent qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat və foto yayıb.
"10 günlük körpə... Zəlzələdən xilas edilib. "Ahbap Çadırkendi"ndə yanımızda qalırlar. Ailəsi adını hələ qoymamışdıq, sən qoy" dedi. Mavi adını verdim", - Levent bildirib.
















