• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Zelenski Əsədə sanksiya tətbiq etdi

DÜNYA

18 Mart 2023 | 16:39

Zelenski Əsədə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşşar Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.

Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.

Qeyd edək ki, martın 14-də Bəşşar Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.


SON XƏBƏRLƏR