• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

DÜNYA

17 Aprel 2023 | 13:45 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

Rusiyalı müxalifətçi Vladimir Kara-Murzanın 25 il azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarına görə Rusiya səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Böyük Britaniya bu gün Moskva məhkəməsində Britaniya vətəndaşı Vladimir Kara-Murzanın siyasi motivli mühakiməsini və həbsini pisləyir. Vladimir Kara-Murza Rusiyada müxalif siyasətçi, jurnalist və insan haqları müdafiəçisidir və Vatslav Havel İnsan Haqları Mükafatı qazanıb, onun fəaliyyəti geniş tanınıb. Cənab Kara-Murzanın məhkum edilməsi Rusiyanın insan hüquqları, o cümlədən ədalətli mühakimə hüququ ilə bağlı beynəlxalq öhdəliklərinə zidd hesab olunur", Böyük Britaniya XİN bildirib.

"Vladimir Kara-Murza Rusiyanın Ukraynaya təcavüzünü cəsarətlə pisləyib - bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Rusiyanın əsas insan haqlarını, o cümlədən ifadə azadlığını qorumaq öhdəliyinin olmaması narahatedicidir. Biz Rusiyanı beynəlxalq öhdəliklərinə, o cümlədən Vladimir Kara-Murzanın lazımi tibbi xidmət hüququnun təminatına riayət etməyə çağırırıq. Böyük Britaniya Kara-Murzanı dəstəkləməyə və onun dərhal azad edilməsinə çağırışına davam edəcək", - Böyük Britaniya XİN başçısı Ceyms Kleverli deyib/apa.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026