• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI

DÜNYA

17 May 2023 | 09:46

Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 200 590 hərbçisi məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.

Müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3771 tank, 7 365 zirehli maşın, 2 748 operativ-taktiki PUA, 3166 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 318 hava hücumundan müdafiə sistemi, 982 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 067 avtomobil və tanker, 417 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026