• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İtaliyada iki ton kokain ələ keçirildi

DÜNYA

17 Aprel 2023 | 13:47 | Müəllif: Qalib İbrahimoğlu

İtaliyada iki ton kokain ələ keçirildi

İtaliyanın maliyyə polisinin və hava-dəniz qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində iki ton kokain müsadirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, təxminən 400 milyon avro dəyərində olan narkotik vasitə Siciliya adasının şərq sahillərində ələ keçirilib. İşıqlı siqnal cihazı ilə təchiz olunan 70 sukeçirməyən xüsusi bağlamaya yığılan narkotik vasitənin yük gəmiləri tərəfindən dənizə atıldığı bildirilib.

Hazırda ərazidə başqa bağlamaların olub-olmadığını müəyyən etmək üçün havadan kəşfiyyat yoxlamaları aparılır.

Qeyd edək ki, bu, təhlükəsizlik qüvvələrinin İtaliya sularında həyata keçirdiyi ən böyük əməliyyatlardan biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026