Dünən İspaniya-Fransa sərhədində Portbou qəsəbəsində yanğın baş verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yanğın nəticəsində Fransada 930 hektar meşə sahəsi külə dönüb.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada səmanı bürüyən tüstü səbəbindən iki ölkəni birləşdirən yolların bağlandığı, qatarların hərəkətinin ləğv edildiyi bildirilib.
Fransanın daxili işlər naziri Gerald Darmanin sosial media hesabından verdiyi açıqlamada qeyd olunub ki, Pireney dağ silsiləsində baş verən yanğın nəticəsində 300 nəfər təxliyə edilib.
Xatırladaq ki, şiddətli quraqlıq səbəbindən İspaniya və Fransada tez-tez meşə yanğınları baş verib.
Ay Tac




jpg-1684323159.webp)


jpg-1684318944.webp)






