• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polisdən təcili əməliyyat - 2 jurnalist saxlanıldı

DÜNYA

17 May 2023 | 15:58

Polisdən təcili əməliyyat - 2 jurnalist saxlanıldı

Almaniya polisi Türkiyənin “Sabah” qəzetinin Frankfurt şəhərində yerləşən Avropa bürosuna basqın edərək mətbu orqanın təmsilçisi İsmayıl Erel və xəbərlər şöbəsinin müdiri Cəmil Albayı saxlayıb.

Bakıvaxtı.az  “TRTHaber”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları jurnalistlərin evlərində və qəzetin ofisində axtarış aparıb, kompüter və telefonları müsadirə edib.

Axtarışın və jurnaliastlərin saxlanmasının səbəbi hələ ki məlum deyil.

Türkiyənin Xarici İşlər Nazirliyi jurnalistlərin peşəkar fəaliyyətinə müdaxilə edildiyini bildirib. Nazirlikdən qeyd olunub ki, iki jurnalistin saxlanılması mətbuat azadlığı baxımından qəbuledilməzdir.

XİN-dən məsələnin Almaniya hökumətinin diqqətinə çatdırıldığı açıqlanıb.

“Jurnalistlərin sərbəst buraxılması üçün Almaniya hakimiyyəti ilə yüksək səviyyəli danışıqlar aparılır”, - nazirlikdən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026