Rusiya Prezidenti Vladimir Putin bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin və BƏƏ-dən olan həmkarı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşəcəklər.
Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri forumda əsas qonaq qismində iştirak edir.
Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumu (SPIEF) öz işinə başlayıb. 130 ölkədən 17 mindən çox insanın iştirak etdiyi forum 14-17 iyun tarixlərində keçirilir.


_41jpg-1686900741.jpg)













