Zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayda Odabaşı Məhəlləsindəki xüsusi xəstəxananın dağıntıları altlnda 2 nəfərin sağ olduğunu təsbit edilib.
Komandalar zəlzələnin 261-ci saatında 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcını dağıntılar altından xilas ediblər.
Hatay Sahə Xəstəxanasında ilkin tibbi yardım göstərilən Mustafa Avcı qardaşı ilə telefonla danışıb.
Qardaşından ailəsini soruşan Avcı, "Hamısı xilas oldular? Bir az da səslərini eşidim" deyib.
Onu xilas edən və ailəsi ilə telefonla danışdıran qruplara təşəkkür edən Avcı daha sonra Hatay Mustafa Kamal Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına aparılıb.
Murad Məmmədli
















